AZ

"Yalvardım ki, məni boşa"

"Yalvardım ki, məni boşa""16 ildir həyat yoldaşımla tanışıq. Kitabxanada tanış olmuşuq. Onun arxasınca 7 ay qaçdım, dedim, mənim olacaqsan. O vaxtlar depressiyada idi, ailəsindən ayrılmışdı. Deyirdi, qadınlara inanmıram, ailə qurmaq istəmirdi. Hara gedirdi ora gedirdim, məktublar yazıb maşınının üstünə qoyurdum. 3 ildir rəsmi boşanmışam. 15 ildir evli idik, amma onun soyadını götürməmişdim. Prinsip söhbəti idi: o, istəyirdi Zeynalova olum, mən isə Qasımova qalmaq istəyirdim. İnadkarlıq etdi ki, soyadımı götürəcəksən".

Axşam.az xəbər verir ki, bu sözləri aktrisa Zümrüd Qasımova "Pərvizə görə" verilişində deyib. Aktrisa həyat yoldaşı Nazimdən danışıb:

"Getdim, etdim, 1 ay sonra isə dedim soyadımı dəyişirəm. Dedi, yaxşı, mən istəyəni etdin. Getdim, dedilər 8 ay gözləməlisiniz, yoxlanmalısınız. Biz də məkan açmışdıq. Bütün sənədlər mənim adıma idi, hamısı dəyişməlidir. Məsləhət gördülər ki, boşan, soyadına asan qayıdacaqsan. Getdim yalvardım ki, məni boşa. Nə etdim özümü boşatdırdım. O da dedi ki, söz ver yenidən evlənəcəyik. Dedim, bir şərtlə, gəl toy edək və gəlinlik geyinim. Faciə oldu, toy məsələsini saxladıq. Evli olanda küsəndə demirsən gedirəm. İndi isə deyirəm ki, küsdüm, gedirəm anam gilə".

Seçilən
3
10
big.az

10Mənbələr