Gələn həftənin əvvəlindən Yer kürəsində iyul ayına qədər davam edəcək uzunmüddətli geomaqnit pozuntuları müşahidə olunacaq.
BAKU.WS lent.az-a istinadən xəbər verir ki,mütəxəssislərin fikrincə, aktivliyin pik nöqtəsi çərşənbə və cümə axşamı (26-27 iyun), intensivliyin geomaqnit şkalası üzrə 5-6 bala çatacağı günlər olacaq.
İyunun 24-25-i, qasırğaların səviyyəsinin "qırmızı zonaya" daxil olacağı vaxt xüsusi təhlükə yaradır. Bu günlərdə meteohəssas insanlarda şiddətli baş ağrıları, təzyiqin düşməsi, yorğunluğun artması və yuxunun pozulması müşahidə oluna bilər.