İZAZDER İş Gelişdirmə Komitəsi, Azərbaycan İqtisadiyyat Nazirliyinin Türkiyə Nümayəndəliyinin dəyərli dəstəyi ilə 24 iyun 2025-ci il tarixində Bakıda mühüm bir işgüzar tədbir təşkil edir.
Editor.az xəbər verir ki, “Bir Millət, İki İqtisadiyyat” şüarı ilə həyata keçirilən bu görüş Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlığın daha da gücləndirilməsinə töhfə verməyi hədəfləyir. Bu tədbir iki qardaş ölkənin sahibkarlarını, sərmayəçilərini, istehsalçılarını və peşəkarlarını bir araya gətirərək, ortaq iqtisadi güc yaratmaq və yeni bazarlara çıxış imkanları yaratmaq məqsədini daşıyır.
Qeyd edək ki, tədbirə ixracla böyümək istəyən sahibkarla, yeni bazarlar axtaran istehsalçılar, sərmayə axtaran startap qurucuları, fərqli sahələrdə çalışan peşəkarlar, yaradıcı ideyalara sahib gənclər dəvətlidir.