AZ

Tanınmış rəssam Tünzalə Məmmədzadənin fərdi sərgisi keçirildi - FOTO

İyunun 21-də Bakıda Müasir İncəsənət Mərkəzində tanınmış rəssam-dizayner, sənətşünaslıq üzrə fəlsəfə doktoru, TEM-ART Sənət Mərkəzinin təsisçisi Tünzalə Məmmədzadənin fərdi sərgisi keçirilib.

Yenicag.az xəbər verir ki, sərgi “İpəkdə duyğuların harmoniyası” və “Xarizma və sənət” adlı iki bölmədən ibarət olub.

“İpəkdə duyğuların harmoniyası” bölməsində müəllifin ipək üzərində yaratdığı unikal əsərlər nümayiş olunub. Milli motivlərlə zənginləşdirilmiş əsərlər zərifliyi və duyğu dərinliyi ilə seçilərək tamaşaçılarda güclü estetik və emosional təsir yaradıb.

“Xarizma və sənət” bölməsində isə məhdud sayda – cəmi 100 ədəd hazırlanan, dəyərli daşlarla bəzədilmiş eksklüziv qalstuk kolleksiyası təqdim olunub. Bu kolleksiya sənətin geyim mədəniyyətindəki roluna işarə etməklə yanaşı, sənət və dəbin sintezini ifadə edib.

Sərgi böyük maraqla qarşılanıb. Tədbirdə dövlət rəsmiləri, xarici ölkələrin nümayəndəliklərinin təmsilçiləri, tanınmış sənət xadimləri və sənətsevərlər iştirak ediblər.

Tədbirdə Türkiyə Məzunları Platformasının sədri, dosent Telman Nüsrətoğlu, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin eksperti Əkbər Qoşalı, UNEC Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin direktoru, dosent Söhrab İsayev, Müdafiə Nazirliyinin Təlim və Tədris Mərkəzinin rəisi, Vətən Müharibəsi Qəhrəmanı polkovnik Nizami Mövlamov, həmçinin Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyinin ölkəmizdəki mədəniyyət müşaviri Mühittin Macit çıxış edərək sərginin əhəmiyyətindən, müəllifin sənətə verdiyi töhfələrdən və milli-mənəvi dəyərlərin incə sənət dili ilə təqdimindən danışıblar.

Sonda Tünzalə Məmmədzadə sərgi iştirakçılarına təşəkkürünü bildirib, sərgini 26 İyun – Silahlı Qüvvələr Gününə ithaf etdiyini vurğulayıb.

Qeyd edək ki, sərgi sənətsevərlər tərəfindən böyük maraqla qarşılanıb və Azərbaycan təsviri sənətinin çoxşaxəli inkişafını bir daha nümayiş etdirib.

Seçilən
3
3
turkustan.az

10Mənbələr