AZ

Arda Gülər Alonso ilə münasibətləri və gələcəyi haqda nə dedi?

Klublararası Dünya Çempionatına və Xabi Alonsonun dönəminə bərabərliklə başlayan ''Real'' qrupun 2-ci oyununda Meksika temsilcisi ''Paçuka'' ilə qarşılaşacaq.

Madrid nəhənginin türkiyəli ulduzu Arda Gülər bu matçdan öncə ispaniyalı həmkarlarımıza acıqlamalar verib. Alonso ilə münasibətləri və klubdakı gələcəyi haqda danışan Türkiyə yığmasının üzvü bunları deyib:
''Xabi Alonso mənimlə tez-tez söhbət edir. Bunun sayəsində özümü komanda üçün daha önəmli oyunçu kimi hiss edirəm. Qrupun ilk matçında 45 dəqiqə oynamaq şansı qazandım və mənim üçün işlər qaydasında gedir. Məşqçi ilə bir-birimizi gözəl anlayırıq. Bizdən qısa ötürmələrlə tempə nəzarət etməyimizi istəyir. Məndən cinah oyunçusu kimi yox, mərkəz yarımmüdafiəçisi kimi yararlanmaq niyyətindədi. Fikrimcə, bu, mənim üçün daha yaxşı variantdı. Hazırda komandadan ayrılmaq barədə düşünmürəm. Amma təbii ki, oynamaq şansı qazanmasam, başqa variantlar üzərində düşünməyə başlayacam. Hələlik isə yalnız ''Real''a fayda verməyə köklənmişəm''.
Qeyd edək ki, Alonso daha öncə verdiyi açıqlamada Ardanın bu mövsüm daha çox oynamaq şansı qazanacağını demişdi. 20 yaşlı futbolçu geridə qoyduğumuz mövsümdə iştirak etdiyi 44 rəsmi oyunda aktivinə 5 qol, 9 məhsuldar ötürmə yazmışdı.
Seçilən
8
1
football-plus.az

2Mənbələr