Bakının, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində yolda asfalt qatının bir çox yerinin çökməsi insanları təngə gətirib.
NOCOMMENT.az-ın məlumatına görə, yaxınlıqda yaşayan sakinlər ”Xəzər Xəbər”ə bildiriblər ki, mövcud vəziyyət uzun müddətdir ki, davam edir. Yağış yağanda isə vəziyyət lap pis olur. Yolun asfalt qatının çökən hissələri yağış suları ilə dolu olur.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.