AZ

Obsesif-kompulsiv pozğunluq nədir? - Mütəxəssis izah edir

BAKI, 22 iyun. TELEQRAF

Hər şeyi izləyən, bir neçə dəfə yoxlayan və işi heç kimə etibar etməyən insanlarda obsesif-kompulsif pozğunluğu (OKB) olduğu deyilir.

Teleqraf xəbər verir ki, Golden Care xroniki xəstəlik mərkəzinin psixoloqu Ekaterina Kosheleva bu psixolojik pozuntu olan insanlarda hansı halların müşahidə edildiyini açıqlayıb.

O bildirib ki, obsesif-kompulsif pozğunluğu olan şəxs narahat edici fikirlər - vəsvəsələr yaşayır, bu da onu təkrarlanan hərəkətlər etməyə məcbur edir:

"Obsessiya və kompulsiyalar OKB-nin əsas əlamətidir. Onlar müxtəlif ola bilər. Çox vaxt OKB olan insanlar nizam və simmetriyaya diqqət edir, buna görə də onlar daim təmizlik işləri aparır, əşyaları müəyyən qaydada qoyur, buna çox böyük vaxt sərf edirlər".

Mütəxəssisin fikrincə, OKB olan insanlar mükəmməlliyə meyllidirlər:

"OKB insanın ictimai həyatına müdaxilə edən bir davranış modelidir, insanları başqaları ilə ünsiyyətini çətinləşdirir. Bu tip pozğunluğu olan insanlar vəsvəsələrinin anormal olduğunu başa düşürlər, lakin obsesif düşüncələrdən təkbaşına xilas ola bilmirlər. Ona görə də terapiya üçün lazımi müalicəni seçəcək bir psixiatrla görüşmək lazımdır".

Psixoloqun fikrincə, antidepresanların qəbulu həmişə lazım deyil:

"Terapiya hər bir xəstə üçün fərdi olaraq seçilir. OKB xəstəsi ilə yaşayan insanlar onlara qarşı tənqid və qəzəbdən çəkinməlidirlər. Xəstələrə bu tip pozğunluqlarla mübarizədə dəstək göstərilməlidir.

Pozğunluğun kəskinləşməsi zamanı həkimlə təmasda olmaq, obsesyon və kompulsiyalarla mübarizədə təklif olunan üsullardan istifadə etmək və özünü pisləməmək, günahlandırmamaq vacibdir".

Seçilən
23
teleqraf.com

1Mənbələr