AZ

“Tramp heç vaxt “Nobel”i görməyəcək” - Medvedev

“Amerika lideri Donald Tramp sülhməramlı Prezident olmaq istəyirdi, lakin o, yeni müharibəyə başladı”. 
 
“Qafqazinfo” xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ABŞ-nin gecə ərzində İranda üç nüvə obyektinə endirdiyi zərbələri şərh edərkən deyib.
 
Medvedevin sözlərinə görə, dünya ölkələrinin mütləq əksəriyyəti İsrail və ABŞ-nin hərəkətlərinə qarşıdır.
 
“Belə bir uğuru ilə Tramp heç vaxt Nobel Sülh Mükafatını görməyəcək. Yaxşı başlanğıcdır, təbrik edirəm, cənab Prezident!” - Medvedev teleqram hesabında yazıb.
Seçilən
6
4
moderator.az

5Mənbələr