AZ

"Santa-Klara"nın məşqçisi "Qarabağ"ın yeni transferi haqda: "Ağıllı və liderlik qabiliyyətinə malik futbolçudur"

Vaxtı ilə Azərbaycanda “İnter”in 5 il formasını geyinmiş Danildo Assioli hazırda Portuqaliyanın “Santa-Klara” klubunun məşqçisi kimi çalışır.

Braziliyalı Sportal.az saytına açıqlamasında “Qarabağ”ın yeni transferi Pedro Bikalyo haqda danışıb. Assioli 2022/2023 mövsümündə “Santa-Klara”da oynayan Bikalyonun nəyə qadir olduğunu açıqlayıb:

"Bikalyonun "Qarabağ"a keçidindən xəbərdaram. Bikalyonun həm topla, həm də topsuz çox ağıllı futbolçudur. Üstəlik, liderlik qabiliyyətinə malikdir, texniki cəhətdən sağlamdır, yaxşı ötürmə verə bilir, topu daşıyarkən arxadan önə doğru hərəkətlərdə güclüdür. Bikalyo, "Qarabağ"a əsl keyfiyyət qatacaq. Təbii ki, onun "Qarabağ"a öyrəşməsi üçün zamana ehtiyacı ola bilər. Vaxtı ilə "Santa-Klara"dan "Qarabağ"a keçmiş Julio Romaonun da adaptasiyaya ehtiyacı oldu. Həmin dövr keçdikdən sonra Romao çox yaxşı performans sərgilədi. Ümidvaram ki, Bikalyonun "Qarabağ"dakı karyerası uğurlu alınacaq".

Mirbağırağa

 

saytlarin hazirlanmasi

Seçilən
21
2
sportal.az

3Mənbələr