AZ

Bayramov Cammu və Kəşmir məsələsinin tezliklə nizamlanmasına çağırıb

Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 51‑ci sessiyası çərçivəsində Cammu və Kəşmir üzrə İƏT Təmas Qrupunun iclasında iştirak və çıxış edib.
Sherg.az-ın xəbərinə görə, Ceyhun Bayramov Cənubi Asiyada ümumi sabitlik və təhlükəsizliyin təmin olunması baxımından Cammu və Kəşmir məsələsinin tezliklə nizamlanmasının əhəmiyyətini qeyd edib.

O, son dövrlərdə regionda yaşanmış gərginliyi Azərbaycanın narahatlıqla izlədiyini ifadə edib.

10 may 2025‑ci il tarixində Hindistan və Pakistan arasında elan edilmiş atəşkəs razılaşması alqışlanıb, bu addımın hər iki ölkə arasında davamlı dialoq və uzunmüddətli münasibətlərin normallaşması üçün təməl rol oynayacağına ümid edirik.
Seçilən
1
19
sherg.az

6Mənbələr