AZ

Milli Məclisin deputatı Asif Əsgərov şəhid ailəsini ziyarət edib, vətəndaşlarla görüşdü -Fotolar



Milli Məclisin deputatı Asif Əsgərov şəhid Əhmədov Ehtiramın ailəsini ziyarət edib. Görüş zamanı millət vəkili şəhidin göstərdiyi igidlik və qəhrəmanlıq nümunələrindən danışıb, onun vətənə olan sevgisinin gələcək nəsillər üçün örnək olduğunu qeyd edib. Millət vəkili vurğulayıb ki, ölkə rəhbərliyinin siyasəti nəticəsində şəhid ailələrinin sosial rifahının yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılır.Bu diqqət və qayğı gələcəkdə də ardıcıl şəkildə davam etdiriləcəkdir. Ziyarət zamanı ailənin ehtiyac və qayğıları ilə maraqlanılıb,onlara maddi yardım göstərilib.

Daha sonra millət vəkili Asif Əsgərov Zaqatala rayonunun Kəpənəkçi kəndində vətəndaş qəbulu keçirib. Qəbulda millət vəkili ilə yanaşı, Yeni Azərbaycan Partiyası Zaqatala rayon təşkilatının sədri Fərid Ramazanov, kənd icra nümayəndəsi, bələdiyyə sədri və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Vətəndaşlar tərəfindən səsləndirilən müraciətlər əsasən məşğulluq, kommunal sahədə mövcud problemlər, eləcə də torpaq və təsərrüfat məsələləri ilə bağlı olub. Vətəndaşları narahat edən bəzi məsələlər müzakirə zamanı yerində həllini tapıb. Araşdırılması tələb olunan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün qəbuldan sonra müvafiq tapşırıqlar verilib. Həmçinin millət vəkilinin səlahiyyətlərinə aid olan məsələlər həlli istiqamətində tədbirlərin görülməsi məqsədilə nəzarətə götürülüb.Qəbul zamanı olunmuş müraciətlərə əsasən aztəminatlı ailələrə maddi yardım göstərilib.

Sonda kənd sakinləri ölkədə mövcud olan sabitlik və inkişafın, əhalinin sosial rifahının yüksəldilməsinin birbaşa ölkə rəhbərliyinin həyata keçirdiyi məqsədyönlü siyasətin nəticəsi olduğunu vurğulayıblar. Onlar xüsusilə şəhid ailələrinə, kənd təsərrüfatı ilə məşğul olan vətəndaşlara, ümumilikdə bölgələrin inkişafına göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin təşəkkürlərini və minnətdarlıqlarını bildiriblər.



Seçilən
4
3
aia.az

4Mənbələr