Prezident Tramp və mən tez-tez “sülh güclə əldə edilir” deyirik.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə İsrail Baş naziri Benyamin Netanyahu müraciətində bildirib.
“Əvvəlcə güc, sonra sülh gəlir. Bu gecə Prezident Tramp və ABŞ böyük qətiyyətlə hərəkət etdilər”, – Netanyahu vurğulayıb.
İsrail lideri ABŞ-ın İranın üç nüvə obyektini bombalamasının “tarixi dəyişəcəyini” bəyan edib.