AZ

"Beşiktaş"dan "Samsunspor"a

"Beşiktaş"ın futbolçusu Cekson Muleka Türkiyəyə qayıtmağa hazırlaşır.

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 25 yaşlı hücumçunu “Samsunspor” istəyir.

Türkiyəni Konfrans Liqasında təmsil edəcək Qaradəniz klubu Muleka üçün “Beşiktaş”la danışıqlara başlayıb.

Onun İstanbul təmsilçisi ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. O, mövsümün əvvəlində Səudiyyə Ərəbistanının “Əl-Xolod” klubuna icarəyə verilmişdi. Konqo Demokratik Respublikası millisinin üzvü “Mazembe”, “Standard”(Liej), “Kasımpaşa” klublarında oynayıb.

 

saytlarin hazirlanmasi

Seçilən
22
sportal.az

1Mənbələr