AZ

Hücum xəttini onunla gücləndirmək istəyirlər

“Tottenhem” hücum xəttini gücləndirmək üçün axtarışlarını sürətləndirib və “Bornmut”un aparıcı oyunçularından olan Antuan Semenyoya maraq göstərir.

Sportinfo.az xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb.

Londonluların yeni baş məşqçisi Tomas Frank 25 yaşlı futbolçunu hücum xəttinin yenilənməsi üçün ideal namizəd hesab edir.

Ancaq “Bornmut” onu 81,6 milyon avroya qiymətləndirir ki, bu da mümkün transferin çox baha başa gələcəyini göstərir.

Semenyo daha əvvəl “Mançester Yunayted”in də maraq dairəsində olub, ancaq hazırda ən ciddi təşəbbüskar tərəf məhz “Tottenhem”dir.

London klubu eyni zamanda, digər istiqamətlər üzrə də iş aparır. Daha əvvəl mətbuatda “Brentford”un hücumçusu Brayan Mbuemoya da marağın olduğu bildirilmişdi.

Seçilən
8
sportinfo.az

1Mənbələr