AZ

Dilqəm Əsgərov oğlunun ittihamlarına belə cavab verdi

Dilqəm Əsgərov oğlu Kürdoğlu Əsgərovun onun haqqında səsləndirdiyi ittihamlara münasibət bildirib.

Avtosfer.az xəbər verir ki, D.Əsgərov bu haqda Teleqraf-a danışıb.

Dilqəm Əsgərov deyib ki, oğlunun müalicəyə ehtiyacı var:

“Qızlarım, digər oğlum ondan imtina edib. Heç kim telefonunu açmır, heç kim evinə qoymur. Ortada qalan bir mənəm. Mən də körpə uşaqların xatirinə çalışıram nəsə kömək edim. Hər pis yola gedir. Özü kimi ətrafı var. Pis vərdişlərə qoşulub. Heç bir ata istəməz oğlu belə olsun”.

Dilqəm Əsgərov oğlunun böhtan atması və balta ilə öldürmək iddialarına da mübasibət bildirib.

“Mənim yanımda balaca oğlum da olub. Bu adamın ağlı itib. Mən balta götürüb üç balaca nəvəmin üzərinə gedərəm? Mənim fermada tüfəngim var. Gedib polisə məlumat verib ki, tüfənglə gəlib üstümə. Orada da kamera var. Baxıblar heç nə yoxdur. Mən niyə onun üzərinə balta ilə getməliyəm? Balaca oğluma yaxınlıqdakı kəhrizdən su çəkirik. Yaxınlıqda olur. Oradan telefonla çəkib nə gəldi danışır. Bu adamın həkimə ehtiyacı var. Mən Şuşa türməsində olanda köməklik üçün pul vermişdilər. Oğlum puldan da müəyyən məbləğ oğurlayıb. İndi də deyir, evi satıram, maşını satıram və s. Kürdoğlunun adına heç nə yoxdur. Onu narahat edən əsas məsələlər əmlakdır”, - deyə D. Əsgərov əlavə edib.

Seçilən
1
16
avtosfer.az

10Mənbələr