AZ

Tramp: Pezeşkiyanla görüşmək üçün Türkiyəyə gələ bilərəm

ABŞ və İran mediası iddia edir ki, ABŞ Prezidenti Donald Tramp İran Prezidenti Məsud Pezeşkiyanla görüşmək üçün Türkiyəyə səfər edə biləcəyini bildirib.

Sherg.az xəbər verir ki, ABŞ-ın “Axios” xəbər saytının üç mənbəyə istinadən yaydığı məlumata görə, Tramp və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu həftə İstanbulda amerikalı və iranlı rəsmilər arasında diplomatik görüş keçirmək üçün intensiv danışıqlar aparıblar.

Mənbələrin sözlərinə görə, G7 Zirvəsi zamanı Ərdoğan Trampa zəng edərək, ertəsi gün İstanbulda tərəflər arasında görüş təşkil etməyi təklif edib. Tramp bu təklifə müsbət yanaşıb və əgər razılaşma imkanı yaranarsa, ABŞ vitse-prezidenti Ceyms Deyvid Vansı və Yaxın Şərq üzrə xüsusi nümayəndə Stiv Vitkofu Türkiyəyə göndərə, hətta özü də şəxsən İran Prezidenti Pezeşkiyanla görüşə biləcəyini bildirib.

Ərdoğan və Türkiyənin xarici işlər naziri Hakan Fidan bu təklifi Pezeşkiyan və İranın xarici işlər naziri Abbas Ərakçiyə çatdırıblar. Lakin iki ABŞ rəsmisinin sözlərinə görə, iranlılar Hamaneyin razılığını almaq istəsələr də, suiqəst qorxusundan gizlənən Hamaneyə ulaşa bilməyiblər. Nəticədə, İran tərəfi Türkiyəyə görüş üçün Hamaneyin təsdiqini ala bilmədiklərini bildirib və təşəbbüs rəsmi şəkildə ləğv edilib.


Seçilən
15
sherg.az

1Mənbələr