"Adagio SD” şirkətinin xüsusilə külli miqdarda vergi borcu yaranıb.
Avtosfer.az Valyuta.az-a istinadən xəbər verir ki, şirkətin vergi borcu hazırda 3 271 204,2 manat təşkil edir. "Adagio SD” şirkəti 2019-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Şirkətin qanuni təmsilçisi Cəfərov Fariz Cəfər oğludur. Mediada gedən məlumatlardan aydın olur ki, bir neçə il əvvəl şirkətin 1 629 199,21 manat vergi borcu olub və şirkət rəhbəri ilə Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi arasında məhkəmə mübahisəsinə çevrilib. Lakin məhkəmənin nəticəsi barədə məlumat yoxdur.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta