Fransa prezidenti Emmanuel Makron avropalı tərəfdaşları ilə birlikdə İranla danışıqları sürətləndirmək niyyətindədir.
AFN.az xəbər verir ki, o bu haqda X hesabında İran prezidenti Məsud Pezeşkianla telefon danışığından sonra yazıb.
“Mən əminəm ki, müharibədən çıxış və daha böyük təhlükədən qaçmaq üçün bir yol var. Buna nail olmaq üçün biz Fransa və onun avropalı tərəfdaşlarının İranla başlatdığı danışıqları sürətləndirəcəyik”, – deyə Makron bildirib.
O əlavə edib ki, İran nüvə silahına malik olmamalıdır. Makronun sözlərinə görə, Tehran öz niyyətlərinin dinc xarakter daşımasına zəmanət verməyə borcludur.