AZ

16 yaşlı Nəzrini qaçıran axund danışdı: "Ona dedim ki, səbirli ol, amma dözə bilmirdi"

Mən o xanıma dəfələrlə dedim ki, 18–19 yaşını gözlə. Səbirli ol. Çünki biz qanuna tabe olan din insanlarıyıq. Xanım isə israrla dedi ki, ailəsi ona zülm verir”. Musavat.com xəbər verir ki, bunu Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsinin məscidinin axundu, 16 yaşlı Nəzrin Babayevanı qaçırmaqda ittiham olunan Turab Tahirov deyib. O bildirib ki, 16 yaşlı qız ailəsi tərəfindən işgəncə gördüyü üçün onu qaçırıb: “Dedi ki, ailəsi onu döyüb, zülm verir və artıq dözə bilmir. Onun 17 yaşı olmasına bir ay yarım qalıb. Mənim 36 yaşım var. Qızın atası haqqımda yalan məlumatlar yayır”.

Qeyd edək ki, Nəzrin Babayeva “TikTok” sosial şəbəkəsindən etdiyi çıxışda zorla qaçırılmadığını deyib.

O, axund Tahirov Turab Əliqan oğlu ilə könüllü qaçdığını, xoşbəxt olduğunu bildirib.

Nəzrin Turab Tahirovun “TikTok” səhifəsindən etdiyi paylaşımda qeyd edib ki, ailəsinin ona etdiyi əziyyətdən, işgəncədən bezərək, bir müddətdir sevgi münasibətində olduğu Turab Tahirovla birlikdə qaçıb.

Nəzrin atasının səsləndirdiyi fikirlərin həqiqət olmadığını deyib. Bildirib ki, Turab ona elçi gəlsə də, atası razı olmayıb. Səbəb kimi Turabın bir dəfə boşanmasını göstəriblər.

Xatırladaq ki, qızın atası Emin Babayev dünən Musavat.com-a açıqlamasında qızının zorla qaçırıldığını demişdi. Emin Babayev qızının 16 yaşı olduğunu, Nəzrin isə 17 yaşı olduğunu deyir.

Nəzrinin atasının hadisə ilə bağlı geniş müsahibəsi ilə bu linkdən tanış ola bilərsiniz.

Şahanə Rəhimli
Musavat.com



Şahanə Rəhimli
Musavat.com

Seçilən
21
musavat.com

1Mənbələr