Bazar ertəsi İranın xarici işlər naziri Abbas Əraqçi Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparmaq üçün Rusiyanın paytaxtına gəlmək niyyətindədir. KİV-in məlumatına görə, İran xarici işlər naziri və Rusiya prezidenti görüşdə regional təhlükəsizlik və İran-Rusiya əlaqələrinin inkişafını müzakirə edəcəklər. Rusiya və İranı strateji tərəfdaşlıq əlaqələri birləşdirir.
Putin daha əvvəl “Sky News Arabia” telekanalına müsahibəsində deyib ki, İranın dinc nüvə enerjisi əldə etmək hüququ var. O qeyd edib ki, Rusiya İranın kütləvi qırğın silahları əldə etməsinə qarşıdır, Moskva isə dinc nüvə enerjisinin inkişafında Tehranı dəstəkləməyə hazırdır.
//Samir Qurbanov, Editor.az