Bakı. Trend:
İyunun 21-də Azərbaycan Respublikasının xarici işlər naziriCeyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlərNazirləri Şurasının İstanbul şəhərində keçirilən 51-ci sessiyasıçərçivəsində İndoneziya Respublikasının xarici işlər naziri Suqionoilə görüşüb.
Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, görüş zamanı Azərbaycanilə İndoneziya arasında mövcud ikitərəfli münasibətlər vəəməkdaşlıq gündəliyinin aktual məsələləri, o cümlədən siyasi,iqtisadi, nəqliyyat və turizm sahələrində tərəfdaşlığın inkişafıimkanları müzakirə olunub.
Tərəflər həmçinin BMT, İslam Əməkdaşlıq Təşkilatı, QoşulmamaHərəkatı, D-8 və digər beynəlxalq təşkilatlar çərçivəsindəəməkdaşlığın möhkəmləndirilməsi, eləcə də qlobal çağırışlarlamübarizədə birgə fəaliyyətin vacibliyini qeyd ediblər.
Nazir Ceyhun Bayramov regional təhlükəsizlik vəziyyəti ilə bağlıAzərbaycanın mövqeyini bölüşüb və Ermənistanla normallaşmaprosesində mövcud çətinliklər barədə qarşı tərəfiməlumatlandırıb.
Görüşdə, həmçinin, Yaxın Şərqdə baş verən son gərginlik,xüsusilə İsrail-İran qarşıdurması fonunda regionda artan risklər vəonların mümkün təsirləri ilə bağlı fikir mübadiləsi aparılıb.İndoneziya tərəfi vətəndaşlarının İrandan təxliyəsi istiqamətindəAzərbaycan tərəfindən göstərilən dəstəyə görə dərin minnətdarlığınıbildirib.