AZ

Yamalın etdiklərini sözlə ifadə etmək çətindir

ain.az xəbər verir, Qol.az saytına əsaslanaraq.

"Mançester Yunayted"in futbolçusu Markus Reşford "Barselona"nın vingeri Lamin Yamal haqda danışıb. 

QOL.az xəbər verir ki, o, jurnalist Xavi Ruizə açıqlamasında 17 yaşlı hücumçu ilə bir yerdə oynamaq istədiyini bildirib. 

"Hər kəs istəyir ki, ən yaxşılarnan oynasın. Ümid edirəm ki, bunu görəcəyik. Onun etdiklərini sözlə ifadə etmək çətindir. Çünki o, 16-17 yaşda bu cür şeyləri etməli deyil. Yamal 17 yaşında artıq TOP səviyyədə oynayır. Düşünmürəm ki, bunu nə vaxtsa görmüşük". 

Qeyd edək ki, daha öncə mətbuatda Markus Reşfordun "Barselona"ya keçmək istəməsi və Kataloniya klubu ilə danışıqlar aparması ilə bağlı xəbərlər yayılmışdı. 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
13
qol.az

10Mənbələr