AZ

Bakıda ilin ən mötəbər idman hadisələrindən biri – “UFC Fight Night” start götürüb

Bakı. Trend:

Bakıda ilin ən çox gözlənilən idman hadisələrindən biri – “UFCFight Night” start götürüb.

Trend xəbərverir ki, bu döyüş gecəsi ölkənin idman tarixinə düşəcək, belə ki,Azərbaycan ilk dəfə olaraq qarışıq döyüş sənətləri (MMA) üzrə UFCkimi nəhəng bir təşkilatın turnirinə ev sahibliyi edir.

“Baku Crystall Hall”un zalı dolub, tribunalarda dünyanın dördbucağından gəlmiş qarışıq döyüş sənətləri azarkeşləri öz yerlərinialıblar. Onlar məhz dünya səviyyəli möhtəşəm şouya baxmaq üçünAzərbaycan paytaxtına gəliblər. İlk cərgələrdə Ultimate FightingChampionship (UFC) prezidenti Deyna Uayt, oktaqon ulduzları, ocümlədən, UFC-nin hazırkı ən yüngül çəki kateqoriyasındakı çempionuMerab Dvalişvili, yarım-orta çəki kateqoriyasında UFC reytinqinincari lideri və keçmiş çempion Bilal Məhəmməd və başqa məşhurlar yeralırlar.

Xatırladaq ki, “UFC Fight Night” turniri ilk dəfə olaraq 21 iyuntarixində Bakıda keçiriləcək. Baku Crystal Hall-da baş tutacaqdöyüş gecəsində 6-sı əsas kartda, 6-sı isə ilkin kartda olmaqla,ümumilikdə 12 döyüş olacaq.

Bakıda UFC gecəsinin əsas döyüşü UFC-nin keçmiş yarım ağır çəkiçempionu Camal Hill ilə keçmiş titul iddiaçısı Xəlil Rauntriarasında baş tutacaq.

Ən vacib ikinci döyüş isə yüngül çəkidə azərbaycanlı döyüşçüRafael Fiziev ilə çilili rəqibi İqnasio Baxamondes arasındakeçiriləcək.

Həmçinin, oktaqona çıxacaq azərbaycanlı döyüşçülər – NazimSadıxov və Tofiq Musayev müvafiq olaraq braziliyalı Nikola Mottayavə qırğızıstanlı Mıqtıbek Orolbaya qarşı döyüşəcəklər.

İlkin kart Bakı vaxtı ilə 20:00 başlayacaq.

Yarım yüngül çəki: İrina Alekseyeva (5-2-0, Rusiya) – KlaudiyaSiqula (6-2-0, Polşa)

Yarım-orta çəki: Sok Hyon Ko (1-0-0, Cənubi Koreya) – ObanElliott (12-2-0, Uels)

Ağır çəki: Hamdi Abdel Vahab (6-0-0, Misir) – Məhəmməd Usman(11-4-0, Nigeriya)

Yarım yüngül çəki: Melisa Mallins (7-1-0, İngiltərə) – DaryaJeleznyakova (9-2-0, Rusiya)

Orta çəki: İsmayıl Naurdiyev (24-7-0, Mərakeş) – Pak Çun Yon(18-6-0, Cənubi Koreya)

Ən yüngül çəki: Taqir Ulanbekov (16-2-0, Rusiya) – Maksum Azat(17-1-0, Qazaxıstan)

Əsas döyüş kartı isə 23:00-da başlayacaq və döyüşləraşağıdakı ardıcıllıqda olacaq:

Yarım yüngül çəki: Məhəmməd Naimov (12-3-0, Tacikistan) – BoqdanQrad (15-2-0, Avstriya)

Yüngül çəki: Nazim Sadıxov (10-1-1, Azərbaycan) – Nikolas Motta(15-5-0, Braziliya)

Ağır çəki: Körtis Bleyds (18-5-0, ABŞ) – Rizvan Kuniyev (12-2-1,Rusiya)

Yüngül çəki: Tofiq Musayev (UFC-də debyut, Azərbaycan) –Mıqtıbek Orolbay (13-2-1, Qırğızıstan)

Yüngül çəki: Rafael Fiziev (12-4-0, Azərbaycan) – İqnasioBaxamondes (17-5-0, Çili)

Yarım ağır çəki: Camal Hill (12-3-0, ABŞ) – Xəlil Rauntri C.(14-6-0, ABŞ).

Seçilən
1
31
az.trend.az

10Mənbələr