Hacıqabulda baş verən qəzada Türkmənistan vətəndaşı ölüb.
Busaat.az Bakıvaxtı.az-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonu Atbulaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Türkmənistan vətəndaşı 1990-cı il təvəllüdlü Nurgəldiyev Nuryağdının idarə etdyi TIR yoldan çıxaraq aşıb. Sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.