AZ

Tələbə sayı 75 min nəfərə qaldırılır - Ekspert detalları açıqladı 

Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə ötən gün televiziya çıxışında bildirib ki, bu il 3-cü qrup üzrə bəzi ixtisaslarda keçid ballarında 3-5 bal artım gözlənilir.

Onun sözlərinə görə, yalnız 200 və müəyyən ixtisaslar üzrə isə minimum 150 bal toplayan abituriyentlər ali məktəblərə qəbul imtahanlarının ikinci mərhələsində müsabiqəyə buraxılacaq.

Təhsil üzrə ekspert Elşən Qafarov Musavat.com-a deyib ki, Prezidentin sərəncamı ilə 2022–2026-cı illəri əhatə edən ölkənin sosial-iqtisadi inkişaf konsepsiyası təsdiqlənib. Sənəddə təhsillə bağlı hissədə göstərilib ki, 2026-cı ilə qədər ali məktəblərə qəbul olanların sayı 45 mindən 75 minə çatdırılmalıdır.

“Hazırda biz 63 min tələbə qəbul sayı ilə bu hədəfə yaxınlaşırıq. Lakin tələbə qəbulunda sıxlıq müşahidə olunur. Qısa müddətdə bu qədər yerin artırılması keçid ballarının müəyyən ixtisaslarda aşağı düşməsi ilə nəticələnə bilər. Bu, gözlənilən haldır. Əsas məsələ həmin 63 min yerin dolmasıdır. Bu il 150 bal toplayanların belə universitetə qəbul şansı var”, - deyə ekspert bildirib.

Elşən Qafarov əlavə edib ki, 3-cü qrup üzrə bəzi ixtisaslarda balların yüksəlməsi həmin sahələrə olan maraqla əlaqəlidir:

“Hüquq, tərcümə və digər xidmət sahəsi olan ixtisaslara sənəd verənlərin sayı çoxdur. Bu da ciddi rəqabət yaradır və nəticə etibarilə keçid ballarının artmasına səbəb olur”.  

Seçilən
0
1
referans.az

2Mənbələr