Bakı. Trend:
21 iyun 2025-ci il tarixində Azərbaycan Respublikasının xariciişlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının Xariciİşlər Nazirləri Şurasının İstanbul şəhərində keçirilən 51-cisessiyası çərçivəsində Malayziyanın xarici işlər naziri MohamadHasan ilə görüşüb.
Xarici İşlər Nazirliyindən Trend-ə bildirilib ki, görüş zamanı Azərbaycan vəMalayziya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələri,Yaxın Şərqdə vəziyyət və İsrail-İran qarşıdurması müzakirəolunub.
Nazirlər siyasi dialoqun genişləndirilməsi, qarşılıqlı yüksəksəviyyəli səfərlərin təşkili, iqtisadi-ticarət əlaqələrininşaxələndirilməsi, təhsil, energetika, yüksək texnologiyalar vəturizm sahələrində geniş əməkdaşlıq imkanlarının olduğunuvurğulayıblar. Bu yaxınlarda Xarici İşlər Nazirlikləri arasındaaparılmış siyasi məsləhətləşmələrin münasibətlərin inkişafınatöhfəsi məmnunluqla qeyd edilib.
Nazir Ceyhun Bayramov Azərbaycan ilə Malayziya arasındaBirləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı vəQoşulmama Hərəkatı kimi çoxtərəfli platformalar çərçivəsində mövcudəməkdaşlığın mühüm əhəmiyyət daşıdığını vurğulayıblar.
Azərbaycan ilə Malayziya arasında Cənub-Şərqi Asiya ÖlkələriAssosiasiyası (ASEAN) çərçivəsində də əməkdaşlığındərinləşdirilməsinin vacibliyi vurğulanıb və bu istiqamətdəqarşılıqlı dəstəyin davam etdirilməsinin əhəmiyyəti qeyd olunub.Ölkəmizin inkişaf etməkdə olan səkkiz ölkəni birləşdirən D-8təşkilatına üzvlüyə qəbul olunmasının əhəmiyyəti xüsusiləvurğulanıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəflivə regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.