AZ

GSMA hesabatına görə Azərbaycan mobil xidmətlər üzrə qabaqcıl ölkələr sırasındadır

Bakı. Trend:

Beynəlxalq GSM Assosiasiyası (GSMA) 2024-cü il üçün “MobileConnectivity Index” hesabatını dərc edib. Sənəd 173 ölkə üzrəmobil xidmətlərə qoşulma göstəricilərini əhatə edir.

Müvafiq hesabat 2015-ci ildən etibarən mobil xidmətlərsferasında baş verən əsas trendləri müşahidə etmək, inkişafmeyillərini təhlil etmək məqsədilə hazırlanır. Ümumilikdə yekunindeks mobil xidmətlərin infrastruktur, qiymət əlçatanlılığı,istehlakçı hazırlığı, məzmun və xidmətlər olmaqla 4 istiqamət üzrə32 indikator əsasında hesablanır.

Hesabatın nəticələrinə əsasən, Azərbaycan ötən il indeks üzrəgöstəricisini təqribən 3,07 artıraraq 73,8 indeks xalıtoplayıb.

İndeks üzrə artım ölkənin mövqeyinə də təsir edib. Belə ki,2023-cü illə müqayisədə 8 pillə irəliləyərək 65-ci pillədə olmaqlaqabaqcıl (advanced) ölkələr sırasında qərarlaşıb. Qeyd edək ki,ötən il də Azərbaycan qabaqcıl ölkələr sırasında idi.

Məlumat üçün bildirək ki, hesabata 93,41 xala malik Danimarkabaşçılıq edir.

Seçilən
6
11
az.trend.az

10Mənbələr