AZ

Cəmiyyətin görünməyən XƏSTƏLİYİ – Gənclər niyə “TÜKƏNİB”?

Son zamanlar ölkəmizdə və dünyada gənclər arasında tükənmişlik sindromu sürətlə yayılır. Bu, yoröunluqla yanaşı ruhun və bədənin tükənməsi, həyatdan zövq almaq qabiliyyətinin itirilməsidir. Gənclər bunu  təhsil, iş və sosial həyatın ağır yükü altında əzilmək, gözləntilərin və müəyyən təzyiqlərin mövcudlğu ilə əlaqələndirirlər. Bu amillər  onları sanki görünməyən bir bataqlığa çəkir.

Bəs “tükənmişlik sindromu”nun artmasının səbəbləri nədir və bunun qarşısını almaq üçün nə etmək lazımdır?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan psixoloq Fərqanə Mehmanqızı tükənmişlik sendromunu bir neçə amillə əlaqələndirib.

“Lakin əsas səbəb insanların, gənclərin mənəvi baxımdan ruhlarının doymamağıdır. İnsanlar hər şeyi maddiyyatla ölçürlər. Elə zənn edirlər ki, maddi təminat olduqda xoşbəxt olacaqlar, hər şey yaxşıya doğru dəyişəcək. Bu ruhsal savaş davam etdiyi müddətdə mənəvi rahatlığa önəm vermirlər.

Belə olduğu təqdirdə bu, mənəvi aqressiyaya gətirib çıxarır. Bu isə  insanlarda cəmiyyət və ətrafdan enerji alıb verməməyə, gördüyü, eşitdiyi, oxuduğu şeylərdən həzz ala bilməməyə səbəb olur. Nəticədə insan zamanla bitir, tükənir. Ona görə də  mənəvi cəhətdən hərşeyə görə şükranlıq hissi duymaq lazımdır.  Biz sevgi ilə yaşadığımız zaman bütün düyümlər açılır və həyat eşqi yüksəlir. Belə olduğu halda tükənmişlik sindromundan əziyyət çəkmiş olmarıq”, - deyə o vurğulayıb.

Ayşən Rəhim, Bizim.Media

Seçilən
29
50
bizim.media

10Mənbələr