AZ

"Napoli" "Brentford"un vingerinə göz dikib

İtaliyanın "Napoli" klubu, "Brentford"un vingeri Kevin Şadeyə maraq göstərir.

90deqiqe.Az-ın məlumatına görə,"Napoli" artıq alman futbolçusunun transferi ilə bağlı danışıqlara başlayıb. Neapol təmsilçisinin baş məşqçisi Antonio Konte 23 yaşlı futbolçunun transferində şəxsən maraqlıdır.

Şade, 2022-ci ildə "Frayburq"dan 25 milyon avroya "Brentford"ə keçsə də, hazırda İngiltərə klubunun onu 50-60 milyon avro arasında qiymətləndirdiyi bildirilir.

2024/25 mövsümündə Kevin Şade bütün turnirlərdə 43 matçda iştirak edib, 12 qol vurub və 3 məhsuldar ötürmə edib. Şadenin "Brentford" ilə olan hazırkı müqaviləsi isə 2028-ci ilin ortalarına qədər davam edir.

Seçilən
36
90deqiqe.az

1Mənbələr