Ülviyyə Zülfiqar Azərbaycan Kibertəhlükəsizlik Assosiasiyasının icraçı direktorunun media və xarici əlaqələr üzrə müşaviri təyin edilib.
Bu barədə Assosiasiya məlumat paylaşıb.
Qeyd edək ki, Ülviyyə Zülfiqar 2022-ci ildən Qərbi Azərbaycan İcmasının mətbuat katibi, 2024-cü ildən 2025-ci ilin iyununadək isə İcmanın İctimaiyyətlə Əlaqələr və Qərbi Azərbaycan Televiziyası şöbəsinin müdiri vəzifəsində işləyib.
Tarix: 21 İyun 2025, 17:46