MotoGP-də mövsümün 9-cu yarışı İtaliyada keçirilir.
Offsideplus.az xəbər verir ki, bu gün təsnifat və sprint yarışı baş tutub. Hər ikisində "Dukati"nin baykeri Mark Markes hamıdan sürətli olub. O, eyni zamanda təsnifat yarışını qazanaraq karyerasında 100-cü poulunu əldə edib.
Sprintdə 2-ci yeri Aleks Markes tutub. 3-cü yer isə Pekko Banyayanın olub.
M. Markes xalını 245-ə yüksəldib və liderliyini davam etdirib. Balaca qardaş Aleks isə onun təqib etməyə davam edir. İspaniyalı baykerin aktivində 210 xal var.
Əsas yarış sabah Bakı vaxtı ilə 16:00-da başlayacaq.