AZ

Ömrünü müəllimliyə həsr etmiş attestatsiyadan kəsilən müəllimlərin aqibəti necə olacaq? – AÇIQLAMA

Hər dəfə olduğu kimi bu dəfə də müəllimlərin attestatsiyası zamanı illərdir müəllimlik fəaliyyəti ilə məşğul olan bir-çox müəllim attestatsiyadan kəsilib.

Maraqlı olan isə budur ki, illərdir ömrünü təhsilə adayan şəxslərin savadı bir gündə keçirilən attestatsiyada bitdi?

Təhsil ocaqlarında ömrünün 30-35 ilini müəllimlik fəaliyyəti ilə məşğul olan müəllimlərimiz var ki, bu şəxslər bu qədər müddətdə təhsil ocağının savadlı müəllimi kimi fəaliyyət göstərib və sonda bu şəxslərin bir attestatsiyanın nəticəsi ilə təhsildən kənarlaşdırılmaqları nə dərəcədə düzgündür?

Məsələ ilə bağlı NOCOMMENT.az-a təhsil eksperti Səbuhi Kamal açıqlama verib.

“İlk olaraq müəllimlərə növbəti il üçün şans verilir əgər müəllim yenə kəsilərsə artıq çox təəssüf olsun ki, işinə xitam verilir.

Dərsliklər çox qəliz və qarışıq şəkildə hər il dəyişir. Yaş aralığına baxsaq beyin bir müddət sonra yeni informasiyanı çətin qəbul edir və bu hal da öyrənmə prosesini çətinləşdirir. Bəzi müəllimlər var ki, istər psixoloji, istər sə də qavrama cəhətdən çətinlik çəkir. Burda əsas çətin məqam odur ki, hər bir müəllim müxtəlif vəsaitlərə müraciət etməsin deyə təhsil nazirliyi vahid bir test toplusu çap etməlidir. İşin ən çətin hissəsi elə budur.

Bu mövzuda, əlbəttə ki, tədbir görülməlidir. Qeyd etdiyim kimi bu imtahanlara uyğun Təhsil Nazirliyinə məxsus kurikulum kitabı çap edilməli və buna uyğun testlər hazırlanmalıdır. Həmçinin də, ixtisaslar üzrə fənn test topluları hazırlanmalıdır.

Uzun müddət ömrünü təhsilə adamış və sonrasında isə attestatsiya nəticəsində işdən kənarlaşdırılan müəllimlərin aqibəti isə heç yaxşı olmur. Belə şəxslər üçün sonradan iş imkanları da çətinləşir. Bunun üçün də bu şəxslər daim nəzərə alınmalıdır və bu istiqamətdə tədbirlər görülməlidir”.

Aisha Abdulova

Seçilən
6
nocomment.az

1Mənbələr