AZ

Geri qaytarılmayan büdcə ssudaları Təminat Fondu hesabına bağlanılacaq

Bakı. Trend:

Dövlət büdcəsindən verilən büdcə ssudalarının həmin ssudalarıalan təşkilatlar tərəfindən geri qaytarılmaması halında qeyd olunanssudaların Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fonduhesabına bağlanılacaq.

Trend-inxəbərinə görə, bu məsələ Milli Məclisin iyunun 24-də keçiriləcəkiclasının gündəliyinə daxil edilən “Dövlət borcu haqqında” Qanundadəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Bildirilib ki, “Büdcə sistemi haqqında” Azərbaycan RespublikasıQanununun 1.1.13-cü maddəsinə uyğun olaraq dövlət büdcəsindənNaxçıvan Muxtar Respublikasının büdcəsinə, yerli büdcələrə, büdcətəşkilatlarına, dövlət adından yaradılan publik hüquqi şəxslərə vədövlət büdcəsindən maliyyə yardımı alan digər hüquqi şəxslərə büdcəili ərzində ən geci verildiyi büdcə ilinin sonunadək qaytarılmalıolan büdcə ssudaları ayrılır.

Mövcud qanunvericiliyə əsasən dövlət büdcəsindən ayrılmış büdcəssudalarının vaxtında geri qaytarılması həmin ssudanı alantəşkilatların öhdəliyindədir. Lakin təcrübədə bu vəsaitlərintəşkilatlar tərəfindən geri qaytarılmasında bir sıra problemlərmüşahidə olunmaqdadır.

Bununla əlaqədar büdcə ssudalarının vaxtında dövlət büdcəsinəgeri qaytarılması mexanizminin formalaşdırılması məqsədilə "Dövlətborcu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklikedilməsi barədə" Azərbaycan Respublikasının Qanunu layihəsihazırlanmışdır.

Layihədə dövlət büdcəsindən verilən büdcə ssudalarının həminssudaları alan təşkilatlar tərəfindən geri qaytarılmaması halındaqeyd olunan ssudaların Dövlət borcu və zəmanəti üzrə öhdəliklərinTəminat Fondu hesabına bağlanılması (ödənilməsi) nəzərdətutulur.

Qeyd olunan dəyişiklik Təminat Fondunun yalnız dövlət borcu vəzəmanəti üzrə öhdəliklərin yerinə yetirilməsi ilə deyil, həm dəqaytarılmayan büdcə ssudalarının əvəzinin ödənilməsi ilə bağlı dahaçevik bir alətə çevrilməsinə imkan yaradacaqdır.

Eyni zamanda, layihədə "Büdcə sistemi haqqında" AzərbaycanRespublikasının Qanununda dəyişiklik edilməsi barədə" qanunlayihəsinin hazırlanması ilə əlaqədar uyğunlaşdırılmalarınaparılması məqsədilə Təminat Fondunun mənbələri ilə əlaqədardüzəliş təklif olunmuşdur.

Seçilən
1
13
az.trend.az

10Mənbələr