AZ

İrandan təcili çağırış: Məktub göndərib, kömək istədilər

İran YUNESKO-ya məktub göndərərək İsrailin ölkədəki mədəniyyət obyektlərinə hücumlarına görə müdafiə tələb edib.

Publika.az xəbər verir ki, bu barədə İranın mədəni irs, turizm və sənətkarlıq naziri Seyidrza Salehi Əmiri açıqlama verib.

O, ölkədəki mədəni və təbii irsin İsrailin hücumları səbəbindən təhlükə altında olduğunu bildirib. Əmiri BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatından (YUNESKO) təcili mühafizə tələb edib.

Nazir təşkilatdan rəsmi açıqlama verməsini, İsrailə xəbərdarlıq etməsini və irs obyektlərinin qorunması üçün beynəlxalq addımlar atmasını istəyib.

Seçilən
8
1
publika.az

2Mənbələr