AZ

Makron və Pezeşkian arasında telefon danışığı olub

Fransa Prezidenti Emmanuel Makron və iranlı həmkarı Məsud Pezeşkian arasında telefon danışığı baş tutub.

Aktual.az xəbər verir ki, bununla bağlı Makron özünün "X" hesabında xəbər verib.

O bildirib ki, telefon danışığı zamanı Pezeşkiandan İranda həbsdə olan Fransa vətəndaşlarının azad olunmasını tələb edib: "İran prezidenti mənə zəng edib. Mən ondan Sesil Kohler və Jak Parisin azad olunmasını tələb etdim. Biz onların Fransaya qayıtmasını gözləyirik".

Fransa Prezidenti bildirib ki, telefon danışığı zamanı İranın nüvə proqramı ilə bağlı dərin narahatlığını ifadə edib.

"Məqsədlərinin dinc olduğunu sübut etmək İranın öhdəliyindədir. Mən əminəm ki, müharibəni dayandırmaq üçün yol var. Buna görə də biz avropalı tərəfdaşlarımızla birlikdə İranla danışıqlarımızı sürətləndirəcəyik”, - deyə Makron paylaşımında vurğulayıb.

Seçilən
3
15
ulusum.az

10Mənbələr