AZ

Ötən tədris ilində məktəblərdə müəllim sayı 146 min 400 nəfər olub

BAKI, 21 iyun. Teleqraf

2024-2025-ci illərdə ümumi təhsil müəssisələrində146 min 400 nəfər müəllim fəaliyyət göstərib.

Teleqraf xəbər verir ki, bu barədə məlumatlar Dövlət Ststistika Komitəsinin "Azərbaycan rəqəmlərdə" adlı qısa məcmuəsində əks olunub.

Məlumatlara əsasən, müəllimlərin 142,6 min dövlət müəssisələrində çalışıb. Qeyri-dövlət müəssisələrində çalışan müəllimlərin sayı isə 3,8min olub.

2024-2025-ci illərdə ümumi təhsil müəssisələrində 1milyon 695 min 800 nəfər təhsil alıb. Növbəli fəaliyyət göstərən məktəb sayı 4 307 olub. Bu məktəblərdə isə 1 milyon 665 min 700 nəfər şagird təhsil alıb.

Seçilən
76
43
teleqraf.com

10Mənbələr