Bakının Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən "İstikbal" mebel mağazasında yanğın başlayıb.
Referans qafqazinfo.az-a istinadən xəbər verir ki, yanğın səbəbilə mağazanın və yaxınlıqdakı ofislərin əməkdaşları təxliyə edilib.
Yanğının mağazanın deposunda baş verdiyi, xeyli bahalı mebellərin yandığı bildirilir.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürənləri cəlb olunub.
***
Yanğın yanğından mühafizə bölmələri tərəfindən qısa müddətdə söndürülüb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta