AZ

Qabiliyyət imtahanlarına start verildi

İyunun 20-dən etibarən ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanlarının keçirilməsinə başlanılıb.


Manset.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Bu gün Bakı şəhəri 286 nömrəli tam orta məktəbdə Təsviri sənət istiqamətinin 14 (dizayn) və Tofiq Bəhramov adına Respublika stadionunda İdman istiqamətinin 62-ci komissiyaları üzrə  (ümumi fiziki hazırlıq, kütləvi sağlamlaşdırıcı idman, adaptiv bədən tərbiyəsi) qabiliyyət imtahanları keçirilir.

Abituriyentlər (subbakalavrlar) qabiliyyət imtahanlarında iştirak etmək üçün müvafiq olaraq hər imtahandan 5 gün öncə “İmtahana buraxılış vərəqəsi”ni qeydiyyatdan keçdikləri səhifədən çap etməlidirlər.

Abituriyentlər (subbakalavrlar) imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidirlər. İdman istiqaməti üzrə qabiliyyət imtahanlarında iştirak edən abituriyentlər (subbakalavrlar) imtahana buraxılış vərəqəsindən əlavə sağlamlıq haqqında arayış (forma 86U) da təqdim etməlidirlər.

Abituriyentlər (subbakalavrlar) istiqamətlər üzrə imtahanlara hazırlaşmaq üçün qəbul olmaq istədiyi ixtisasa uyğun proqramla tanış olmalıdırlar. Qəbul proqramları “Abituriyent” jurnalının xüsusi buraxılışlarında verilib.

Qabiliyyət imtahanlarının qrafiki haqqında 21 iyun 2025-ci il tarixinə olan məlumatla buradan tanış ola bilərsiniz. 

Qeyd: Qrafik mütəmadi olaraq yenilənir və digər imtahanların tarixləri də bəlli olduqca cədvələ əlavə ediləcək.

Seçilən
3
23
manset.az

10Mənbələr