AZ

Tramp Kəşmir böhranında vasitəçiliyə görə Nobelə namizəd göstərilib

BAKI, TurkicWorld

Pakistan Trampı Nobel Sülh Mükafatına namizəd göstərib.

TurkicWorld xəbər verir ki, Pakistan hökuməti ABŞ prezidenti Donald Trampı Hindistanla gərginlik zamanı oynadığı vasitəçi rola görə 2026-cı il Nobel Sülh Mükafatına namizəd göstərib.

Rəsmi açıqlamada qeyd olunub ki, Trampın diplomatik səyləri və liderliyi sayəsində iki nüvə dövləti arasında genişmiqyaslı qarşıdurmanın qarşısı alınıb.

Pakistan Baş nazirliyindən verilən bəyanatda bildirilir ki, Tramp həm İslamabad, həm də Yeni Dehli ilə apardığı intensiv danışıqlar nəticəsində atəşkəs əldə olunmasına nail olub

Trampın Hindistan-Pakistan böhranında "səmimi vasitəçilik təşəbbüsləri" alqışlanıb, Kəşmir probleminin isə BMT Təhlükəsizlik Şurasının qətnamələri çərçivəsində həll edilməsinin vacibliyi qeyd olunub.

Bəyanatda Trampın Yaxın Şərqdə Qəzza böhranı və İran-İsrail arasında artan gərginlik fonunda da qlobal sabitliyə töhfə verəcəyinə ümid ifadə olunub.

Qeyd edək ki, bu, Trampın Nobel Sülh Mükafatına ilk dəfə namizədliyi deyil. O, daha əvvəl Şimali Koreya ilə dialoq cəhdlərinə görə də bəzi ölkələr tərəfindən namizəd göstərilmişdi.

Seçilən
114
25
turkic.world

10Mənbələr