Ankara ilə Bakının münasibətlər heç kimə sirr deyil və biz də bunu nəzərə alırıq
“Bir sıra regional məsələlərdə Ermənistan və Türkiyənin mövqeləri kifayət qədər yaxındır. Bu, tez-tez baş vermir. Amma indi beynəlxalq gündəmdəki bir sıra məsələlərlə bağlı kifayət qədər oxşar təsəvvürlərimiz var və bu da öz təsirini göstərən amildir”.
Ölkə.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyənin erməni icması ilə görüşündə deyib.
"Bölgədə, İranda baş verən hadisələr, şübhəsiz ki, çox narahatedicidir. Əminəm ki, Türkiyə prezidentinin iş gündəliyində çox mühüm yer tutur. Təbii ki, bizim iş gündəmimizdə kifayət qədər böyük yer tutur. Səfər belə bir şəraitdə baş verir və bu, həm Türkiyə, həm də Ermənistanın buna önəm verdiyi anlamına gəlir", - o deyib.
Paşinyan qeyd edib ki, Türkiyə ilə Azərbaycan arasında sıx əməkdaşlıq və dərin münasibətlər heç kimə sirr deyil:
"Biz bu əlaqələrin və münasibətlərin yaxınlığını bilirik, lakin ayırıcı xətlər də istəmirik. Əksinə, biz regionda sabit və davamlı sülhün bərqərar olmasını istəyirik. Bu kontekstdə Türkiyə ilə dialoqumuza böyük əhəmiyyət verirəm.
Ermənistan və Azərbaycan arasında sülh sazişi və sülh gündəminin sonrakı gedişatı ilə bağlı yanaşmalarımızı şəxsən Türkiyə Prezidenti ilə bölüşməyi vacib hesab edirəm. Aydındır ki, Ermənistan-Türkiyə münasibətlərinin keyfiyyəti bütövlükdə regiondakı vəziyyətə təsir etməyə bilməz”, - Paşinyan əlavə edib.
Paşinayn Türkiyədə Ermənistan konsulluğunun açılmasını arzuolunan adlandırıb.
“Bizim məqsədimiz Ermənistanla Türkiyə arasında diplomatik əlaqələr qurmaq, sərhədləri açmaqdır ki, bu da Ermənistanla Türkiyə arasında avtomobil və dəmir yollarının açılmasını nəzərdə tutur”, - Paşinyan qeyd edib.
Mürtəza
Ölkə.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta