Coctau Universitetinin əslən iranlı müəllimi, məşhur filosof
Əbdülkərim Soruş Pəhləvi xanədanının tacsız vəliəhdi Rzanı təhqir edib.
Yenisabah.az xəbər verir ki, o, sosoial şəbəkə hesabında şahzadə Rzanı "mədəniyyətsiz saqqalı uşaq" adlandırıb:
"Mən ömrümdə bu əqədər fərsiz, nadan və bu qədr vətənə xəyanət mücəssəməsindən daha alçaq bir insan görməmişəm.
Babasını müstəmləkəçilər gətirib apardılar. Eyni şəxslərin nökəri olan atası sürgündə ölüb, bu da ancaq yeyib-yatıb, amma hələ ölməyib! İndi də bu mədəniyyətsiz saqqalı uşaq israilli onbaşıların üzəngilərində üfüqləri aşaraq İran torpağına ayaq basıb tanrıların tovuz quşu, Şərqin şahı olmaq istəyir.
Vallah, belə illüziyalar sərxoşun yuxusuna belə girmir və bilmirəm hansı tilsimlə, tiryəklə onu o qədər sərxoş edib dəliliyə çatdırıblar ki, qızdırması qalxır, ağzı köpüklənir, ac toyuq kimi yuxuda darı görür.
Ona sözüm yoxdur, çünki axmaqlarla danışmaq axmaq olmaq kimidir".
Telegram kanalımız