AZ

İranın tələbi ilə İstanbulda İƏT-in xüsusi qapalı iclası keçiriləcək

İranın tələbi ilə bu axşam İstanbulda İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının 51-ci sessiyası çərçivəsində İƏT-ə üzv ölkələrin xüsusi iclası keçiriləcək.

Bu barədə “Report”un Türkiyə bürosuna ölkənin Xarici İşlər Nazirliyindəki diplomatik mənbələrdən məlumat verilib.

Məlumata görə, mediaya qapalı keçiriləcək toplantıda İƏT-ə üzv olan bütün ölkələrin nümayəndələrinin iştirakı gözlənilir.

Seçilən
0
1
musavat.com

2Mənbələr