ain.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Belə bir hərəkət onların törədə biləcəyi ən böyük cinayət olacaq, lakin onlar bunu edə bilməyəcəklər".
Yenisabah.az NBC News-a istinadla xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.
O, İsrail və ABŞ-nin İran lideri Ayətullah Xamnəiyə qəsd etmək planı ilə bağlı danışıb:
"Ayətullah Xamnəinin yalnız İranda deyil, digər ölkələrdə də milyonlarla müqəllidi var. Mən bunu (qəsd planını - red.) daha çox təhqir kimi qəbul edirəm. Supergüc adlanan dövlətin prezidentinin bunu deməsinə heyrətlənirəm. Biz prezident Tramp haqqında həmişə hörmətlə danışmışıq".
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.