"Qarabağ"ın yeni transferi Pedro Bikalyo açıqlama verib.
Publika.az xəbər verir ki, klubun saytına danışan braziliyalı yarımmüdafiəçi Ağdam təmsilçisinə keçidi barədə fikirlərini bildirib. Pedro Bikalyo "Qarabağ"ın hədəflərinə çatmasında pay sahibi olmaq istədiyini söyləyib:
"Qarabağ"ı Avropadakı çıxışlarına görə tanıyırdım. Təklif aldıqdan və danışıqlara başlayandan sonra dərhal klubla bağlı geniş araşdırma apardıq, daha ətraflı məlumat topladıq. Şahidi olduğumuz mənzərə bizi çox sevindirdi. Öncədən klub barədə belə məlumatlı deyildik. "Qarabağ" regionun ən böyük klubudur, ölkə daxilində ardıcıl uğurlar əldə edir, avrokuboklarda yaddaqalan nəticələrə imza atır. Bu səbəbdən müsbət cavab verməkdə tərəddüd etmədim”.
Bikayo hədəflərinə də toxunub: