Sherg.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
İranın Ali rəhbəri Əli Xamenei özündən sonra yerinə keçəcək varislərini müəyyən edib.
Teleqraf xəbər verir ki, bu barədə “Nyu-York Tayms” məlumat verib.
“İsrailin hücumları fonunda təhlükəsizliyini təmin etmək üçün yeraltı bunkerdə yaşayan İranın Ali rəhbəri Əli Xamenei hazırkı komandirlərinin sıradan çıxarılacağı ehtimalına qarşı təkcə yüksək rütbəli hərbçilər yox, həm də din xadimləri arasında mümkün varislərinin adlarını çəkməyə başlayıb. Üç nüfuzlu din xadimi ali rəhbər vəzifəsinə potensial namizəd kimi müəyyən olunub”, - məlumatda deyilir.
Nəşr qeyd edir ki, Əli Xameneinin oğlu, ölümündən sonra onun yerinə namizəd kimi tez-tez adı çəkilən Müctəba Xamenei varislər arasında deyil.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.