AZ

DDLA da ixtisas imtahanlarının keçirilməsi ilə bağlı tətbiq olunan yeniliklər davam edir

Unikal.az saytına istinadən ain.az xəbər verir.

Dövlət Dəniz və Liman Agentliyində (DDLA) gəmilərin heyət üzvlərinin beynəlxalq standartlara uyğun sertifikatlaşdırılması, eləcə də onların bilik və bacarıqlarının peşəkar səviyyədə qiymətləndirilməsi istiqamətində bir sıra yeniliklər tətbiq olunmaqdadır. 

"Unikal" xəbər verir ki, bu yeniliklər dənizçilərin ixtisas imtahanlarının təşkili, sual bazasının yenilənməsi və sertifikatların (diplomların) verilmə prosesini əhatə edir.

Növbəti yenilik isə cari ilin 8 iyul tarixindən tətbiq olunmağa başlayacaq. 

Belə ki, Agentlikdə gəmilərin heyət üzvləri üçün sertifikatın (diplomun) verilməsi ilə bağlı keçirilən imtahanlar hər ayın ikinci həftəsi ərzində mütəmadi şəkildə təşkil olunacaq. Bu isə imtahan prosesinin daha şəffaf və planlı şəkildə həyata keçirilməsinə şərait yaradacaq.

Bununla yanaşı, imtahan sualları “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” (DHDNÇ) Beynəlxalq Konvensiyanın vəzifə, funksiya və səriştələr üzrə cədvəlləri, həmçinin Beynəlxalq Dəniz Təşkilatının (BDT) model kurslarının tələbləri nəzərə alınmaqla yeni versiyada hazırlanıb. 

Eyni zamanda imtahanların təşkili ilə bağlı təlimatlar hazırlanıb, yeni suallar müvafiq sahə üzrə mütəxəssislər tərəfindən qiymətləndirilərək düzgün cavablarla birlikdə Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) rəsmi internet səhifəsində https://ddla.gov.az/certdip yerləşdirilib.

Qeyd edək ki, sözügedən yeniliklər dənizçilərin hazırlıq səviyyəsinin, o cümlədən onların peşə bacarıqlarının beynəlxalq standartlara uyğunlaşdırılmasına imkan verir. 

Agentlik gələcəkdə də dəniz nəqliyyatı sahəsinin vacib elementi olan insan amilinə diqqətin gücləndirilməsi və dənizçilərin sertifikatlaşdırılma sisteminin təkmilləşdirilməsi istiqamətində yeni addımlar atmaqda davam edəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
4
unikal.az

5Mənbələr