AZ

AQTA-da sahibkarların qəbulu keçiriləcək

Qida Təhlükəsizliyi Agentliyinin sədr müavinləri hər həftənin çərşənbə, cümə axşamı və cümə günləri Agentliyin inzibati binasında sahibkarları qəbul edəcəklər.Bu barədə Metbuat.az-a AQTA-dan məlmat verilib. Bildirilir ki, qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlar, o cümlədən qida məhsullarının istehsalı, emalı, daşınması, satışı və sair sahələrdə çalışan şəxslər heyvan və bitki sağlamlığı, qida zəncirinə nəzarət, qeydiyyat, idxal-ixrac məsələləri ilə bağlı qəbula yazıla bilərlər.Görüşdə iştirak etmək istəyən şəxslər ad, soyad, fəaliyyət sahəsi, müraciətin məzmunu və telefon nömrələrini göstərərək [email protected] elektron poçtuna müraciət edə və ya +994 70 405 01 85 nömrəsinə zəng edə, həmçinin vatsap üzərindən əlaqə saxlaya bilərlər.

Sədr müavinləri

Mövzu

Həftənin günləri

Saat

Balarəhim Quliyev

Heyvan və bitki sağlamlığı, qida zəncirinə nəzarət məsələləri

Çərşənbə

16:00-18:00

Zəkiyyə Mustafayeva

Qeydiyyat məsələləri

Cümə axşamı

16:00-18:00

Əziz Şərifov

İdxal və ixraca nəzarət məsələləri

Cümə

16:00-18:00

Seçilən
4
4
metbuat.az

5Mənbələr