AZ

Diplomatik həll mümkündür, lakin hücumlar dayandırılmalıdır- Arakçi

BAKI, TurkicWorld

İranın xarici işlər naziri Abbas Arakçi İstanbulda keçirilən İƏT Xarici İşlər Nazirləri Şurasının 51-ci sessiyasında çıxışı zamanı Yaxın Şərqdəki vəziyyəti və diplomatik həll yollarını dəyərləndirib.

TurkicWorld xəbər verir ki, İranın xarici işlər naziri Abbas Arakçi İstanbulda keçirilən İƏT Xarici İşlər Nazirləri Şurasının 51-ci sessiyasında çıxışı zamanı Yaxın Şərqdəki vəziyyəti və diplomatik həll yollarını dəyərləndirib.

O, İsrailin İrana qarşı hərbi əməliyyatlarını sərt şəkildə qınayıb və ABŞ-ın bu prosesə qoşulmasının region üçün ciddi nəticələr doğura biləcəyini bildirib.

Arakçi bildirib ki, diplomatiya 2015-ci il nüvə razılaşması zamanı işlədiyi kimi, bu gün də işləyə bilər.
“Diplomatiya keçmişdə işlədi və yenə də işləyə bilər. Lakin bu, yalnız təcavüz dayandırıldıqdan sonra mümkündür.” - deyə o qeyd edib.

Nazir əlavə edib ki, İsrail hazırkı gedişatı ilə açıq şəkildə diplomatiyaya qarşı çıxır və münaqişəni danışıqlar masasına deyil, hərbi qarşıdurmaya sürükləyir.
“Biz 2015-ci ildə olduğu kimi, yenə də danışıqlar yolu ilə həllə hazırıq,” deyən Arakçi, İranın sülh yolunu açmaq üçün şəraitin yaradılmasını zəruri saydığını vurğulayıb.

Qeyd edək ki, İranın tələbi ilə İslam Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində İsrailin son hücumları ilə bağlı xüsusi iclas keçirilməsi planlaşdırılır.

Seçilən
74
50
turkic.world

10Mənbələr