AZ

"Lill"in sabiq futbolçusu "Sabah"da

"Sabah" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 90deqiqe.Az paytaxt təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, müdafiəçi Akim Zedadka ilə 2 illik müqavilə imzalanıb.

O, karyerası ərzində Fransanın "İstr" (2014-2015), "Lans" (2016-2017), "Sen-Remuaz" (2017-2018), "Marinyan" (2018-2019), "Klermon" (2019-2022), "Lill" (2022-2025), "Oser" (2022-2023), İspaniyanın "Saraqosa" (2024) və Polşanın "Pyast" (2025) klublarında oynayıb.

30 yaşlı futbolçu "Sabah"da 80 nömrəli formada çıxış edəcək.

Seçilən
0
15
90deqiqe.az

10Mənbələr