“Niyə mən 2018-ci ildə bəyan etdim ki, “Qarabağ Ermənistandır, vəssalam”? Çox mənasız cavab var”.
Modern.az xəbər ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Prezident Ərdoğanla görüşdən əvvəl Türkiyənin erməni icmasına deyib.
"2020-ci ildə dedim ki, biz öz vətənpərvərlik modelimiz üzərində düşünməliyik. Deyəsən, bu model bizim deyil, kənardan gətirilib. Mən 2018-ci ildə vətənpərvər olduğum üçün bu bəyanatı vermişəm. Çünki belə bir fikir var idi ki, bütün diaspordakı ermənilərin lideri mənəm. Bu vətənpərvərlik hissi bizi bütün bu fəlakətlərə sürükləyib. Mən, məsələn, Uruqvay ermənilərinə görə məsuliyyət daşıya bilmərəm.
Biz başqalarına baxıb deyirik: Heyvan, heyvan, vəhşi, vəhşi, amma özümüzə baxmalıyıq”, - Paşinyan qeyd edib.
Baş nazir zarafatla bildirib ki, camaatla belə müzakirələr aparır ki, ona ümid bəsləməsinlər, problemlərini özləri həll etsinlər.
"Mən İran və İsrail erməniləri qarşısında məsuliyyətimi eyni vaxtda yerinə yetirə bilmərəm, bu təhlükəlidir. Eyni zamanda İran və İsrail və ya Rusiya və Ukrayna erməniləri qarşısında məsuliyyətimi necə yerinə yetirməliyəm? Ermənistanı belə bir gündəmə gətirəndə onu uçuruma doğru itələyirik. Sərhədlərinizi bilmək çox vacibdir", - Paşinyan vurğulayıb.